Qırmızı.az
Ukraynada yeni SOCAR yanacaqdoldurma məntəqəsi
Ukraynanın Rovensk vilayətində SOCAR brendi ilə yeni yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayıb.
Publika.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Kiyev-Çop avtomobil yolunun üzərində yerləşən bu məntəqə SOCAR-ın Rovensk vilayətində ikinci, Qərbi Ukrayna ərazisində isə 11-ci premium-klass tipli YDM-idir. Burada Polşa və Litvanın qabaqcıl emal zavodlarında Avro-5 ekoloji standartına uyğun istehsal olunan sertifikatlı neft məhsulları reallaşdırılır.
Məntəqə ərazisində A-92, A-95, A-95 TM "Nano" benzinləri və TM "Nano" dizel yanacaqları ilə işləyən dörd paylayıcı kolonka quraşdırılıb. İriqabaritli yük maşınlarının TM "Nano" dizel yanacağı ilə təchiz edilməsi üçün sürətli paylayıcı kolonka fəaliyyət göstərir. Müştərilərə avtomobilin su təchizatı, təkərlərin doldurulması, təmizləmə kimi pulsuz xidmətlər göstərilir. Biznes-guşədə isə onlar pulsuz noutbukdan və internet xidmətindən istifadə edə, mobil telefonlara enerji yükləyə bilərlər.
YDM ərazisində fəaliyyət göstərən "Butacafe"də müştərilərə ətirli qəhvə, Azərbaycan mətbəxinin ləziz yemək və şirniyyatları təklif olunur. Müştərilərin tam rahatlığını təmin etmək üçün məntəqə ərazisində ana və uşaq otağı, Wi-Fi ilə təchiz olunmuş yay köşkləri də fəaliyyət göstərir.
-
İdman12:43
Ronaldonun keçmiş sevgilisi pərəstişkarlarını dəli etdi - FOTOLAR
-
Hadisə12:18
Lökbatanda MÜƏMMA: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO
-
Magazin111:43
"Pozğunluğun reklamı yüksək səviyyədə idi"
-
Sosial11:13
Hoteldə ölən 4 dost haqda ilginc faktlar: Prezident ev vermişdi
-
Dünya10:32
Ərdoğanın bu sözləri Yunanıstanda manşet oldu: Hər kəsin diqqəti ona yönəldi
-
Qoroskop09:42
Sevdiyini anında unudub yeni eşqə yelkən açan ÜÇ BÜRC
-
Nida Xəbər 09:36
Yağış, qar, dolu... - FAKTİKİ HAVA
-
Magazin205:45
Bu ölkələr finala keçdilər