Qırmızı.az
Türkiyəyə qadın daşıyan qadın həbs edilmədi
Nərimanov Rayon Məhkəməsində Cəbrayıl rayon sakini, 1991-ci il təvəllüdlü Fəxriyyə Qədimalıyevanın məhkəmə prosesi yekunlaşıb.
Virtualaz.org saytının verdiyi xəbərə görə, F.Qədimalıyeva ötən il fevral ayının 13-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
İlkin araşdırmalar zamanı F.Qədimalıyevanın gəlir əldə etmək məqsədilə insan alveri ilə məşğul olması faktı üzə çıxıb. Onun azərbaycanlı qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması faktı müəyyən olunub.
Törətdiyi əmələ görə F.Qədimalıyevaya Cinayət Məcəlləsinin 243.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmə zamanı təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxslər – Günay və Hökumə adlı qadınlar isə ifadələrində Fəxriyyədən şikayətçi olmadıqlarını göstəriblər.
Hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, ev dustaqlığında olan F.Qədimalıyeva 3000 manat cərimə tətbiq olunub.
-
Magazin122:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin221:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin220:00
Məşhur aktyor vəfat etdi - FOTO
-
Magazin119:36
Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə buraxmadılar - FOTO
-
Sosial19:24
İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
-
İdman19:00
Ronaldo və Messi komanda yoldaşı ola bilərlər - Prezident ŞANS AXTARIR