Qırmızı.az
Tənqidçinin ölüm işində yeni adlar üzə çıxa bilər
Həkim terroru nəticəsində həyatını itirən tənqidçi Elnarə Tofiqqızının ölüm işi ilə bağlı istintaq davam etdirilir.
Bu barədə Axar.az-a mərhumun həyat yoldaşı Anar Niftəliyevin hüquqlarını müdafiə edən Səməd Vəkilov məlumat verib.
Onun sözlərinə görə, aparılan araşdırmalar nəticəsində E.Tofiqqızının ölümündə günahkar olan şəxslərin sayının artacağı gözlənilir:
“Bakı Şəhər Prokurorluğunun müstəntiqi Vaqif Süleymanov hazırda istintaqla əlaqədar yenidən aidiyyəti şəxslərin dindirilməsi və zəruri istintaq hərəkətlərini həyata keçirir. Yalnız bundan sonra təqsirkar şəxslərin dairəsi və onların məsuliyyət dərəcəsi aydınlaşacaq”.
S.Vəkilov istintaqın gedişində üzə çıxan ziddiyyətli məqamların aradan qaldırılmasına və günahkarların ciddi şəkildə cəzalandırılmasına çalışdıqlarını vurğulayıb.
Xatırladaq ki, 1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizaların ilkin rəyinə əsasən, E.Tofiqqızının nəfəs çatışmazlığından öldüyü məlum olub.
Baş verən həkim terroru ilə bağlı Nəsimi Rayon Prokurorluğunda cinayət işi açılıb və araşdırma aparılıb. Lakin bu istintaq hərəkətləri zərərçəkmiş tərəfi qane etmədiyindən onlar işin obyektiv araşdırılması üçün Baş Prokurorluğa müraciət edib. Bundan sonra çinayət işi araşdırılmaq üçün Bakı Şəhər Prokurorluğuna göndərilib.
-
Magazin123:07
"Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin222:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO