Qırmızı.az
Hərbçilərin olduğu maşın qəzaya düşdü: 1 ölü, 4 yaralı
Ötən gecə Bakı-Qazax magistral yolunun 418-ci km-də, Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində ağır yol qəza hadisəsi baş verib.
Kəpəz TV xəbər verir ki, içərisində hərbçilərin olduğu BMW markalı
avtomobillə "VAZ 2107" markalı avtomobil toqquşub. Qəza zamanı
"VAZ-2107"nin sürücüsü, 63 yaşlı Allahverən Həsənov hadisə
yerindəcə dünyasını dəyişib. Digər avtomobildə olan 3 hərbçi - 26
yaşlı Səxavət Məmmədov, 33 yaşlı Zaur Cəfərov, 29 yaşlı Rüfət
Həsənov, eləcə də mülki şəxslərdən 64 yaşlı Nizami Qasımov müxtəlif
dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal Şəmkir Rayon Mərkəzi Xəstəxanasına
yerləşdiriliblər. İlkin tibbi yardımdan sonra hərbçilər hərbi
hospitala köçürülüblər. Mülki şəxsin isə müalicəsi davam etdirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat
şöbəsi tərəfindən araşdırma aparılır.
Yol qəzası ilə bağlı Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb.
Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 412-ci kilometrliyində, Şəmkir rayonu ərazisində "VAZ" və "BMW" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilində olan sərnişin aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Yanğınsöndürən-xilasedicilər tərəfindən "VAZ" markalı minik avtomobildə sıxılmış vəziyyətdə qalmış meyit və xəsarət almış sürücü müxtəlif avadanlıqlardan istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin25 May 21:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO