Bakı sakini niyə intihar etmək istədi? TƏFƏRRÜAT - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakı sakini niyə intihar etmək istədi? TƏFƏRRÜAT - FOTOLAR

Bu gün metronun Elmlər Akademiyası stansiyası yaxınlığında intihara cəhd olub. Metro ilə üzbəüz tikilən hündür binada intihara cəhd etmək istəyən Elşən Eyyub oğlu Babayevi orada çalışan mühəndis fikrindən daşındırıb. Tikintidə işləyən fəhlələr faktı təsdiqləyib.

Hadisə yerində olarkən Elşən Babayevin qardaşı Emil Babayev bizə bildirdi ki, hadisə 14:30 radələrində baş verib və intihara cəhd edən qardaşı tikilən binanın hasarından atlanaraq birbaşa binaya qalxıb və özünü oradan atmaq istəyib.

Emil Babayev bildirib ki, M.Dadaşov küç. 40 a ünvanında yaşayan səkkiz ailənin evi bir qrup dələduz tərəfindən mənimsənilib.

“Prokurorluğa, polisə şikayət etmişik. Reyhan, Ceyran və Mətanət adlı şəxslər evimizi ipoteka yolu ilə alğı-satqı ediblər. Həmin bu şəxslər notariusla əlbir olub evləri əlimizdən alıblar”.

Zərərçəkmiş Gülnarə Şükürova bildirdi ki, Elşənlə birgə Ədliyyə Nazirliyində qəbulda olublar. Qəbuldan sonra Elşən hirslənərək onları tərk edib:

“Biz nazirlikdən çıxıb parkda çay içirdik və müzakirə edirdik. Gördük ki, Elşən yoxdur. Sonradan insanlar binanın qabağında toplaşanda gördük ki, Elşən binanın başına çıxıb, özünü atmaq istəyir”.

Gülnarə Şükürovanın dediyinə görə, artıq yanvar ayından CM-sinin 178-ci maddəsi ilə (dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə) istintaq gedir:

“Biz hiss edirik ki, bu dələduzların arxasında qüvvələr var və onlar istintaqa təzyiq edirlər”.

İntihara cəhd edən Elşən Babayev Publika.az-a danışdı:

“Həyatımı xilas edən mühəndis dedi ki, düş aşağı, sənin məsələn həll olunacaq. Mən də ona inandım. Həm də uşaqlarım gözümün qabağına gəldi. Ona görə razılaşdım. Tədbir görülməsə, mən bu işi yarımçıq buraxmayacam”.

Pərvin Zeynal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm