Qırmızı.az
"Zəlzələdən məqsədli şəkildə istifadə edirlər"
Bu gün Xəzərdə baş verən zəlzələnin Zaqatala zəlzələsi ilə əlaqəsi yoxdur. Azərbaycanın Şəki-Zaqatala, Şamaxı-İsmayıllı istiqamətləri, Talış dağ sistemi, Xəzər dənizi xüsusi aktiv zona hesab edilir. Bu barədə Publika.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat katibi Vüsalə Rafiqqızı deyib.
“Zaqatalada 2012-ci ildən bundan daha güclü təkan qeydə alınmışdı. Rayon aktiv bölgə olduğuna görə, orada vaxtaşırı təkanlar qeydə alına bilər. Bəziləri zəlzələdən məqsədli şəkildə istifadə edib, narahatlıq yaratmaq istəyirlər. Lakin bir daha vurğulamaq istəyirik ki, ərazi aktiv zonadır və Zaqatala sakinləri də bundan xəbərdardır”.
V.Rafiqqızı onu da vurğulayıb ki, zəlzələ ocaqları dərində olduqda çox da hiss edilmir. Budəfəki zəlzələnin ocağı 12 km dərinlikdə idi və bu da dərin hesab edilmir. Ona görə də hiss edilməsi normaldır:
“Zəlzələnin hiss edilməsi onun ocaqdakı gücü və dərinliyindən asılıdır. Bəzən zəlzələ dərinlikdə olsa, də güclü olduğundan hiss edilir, sonuncu dəfə Hacıqabulda baş verən zəlzələ belə olmuşdu”.
Zaqatala ərazisində yenidən təkanların olmasına gəldikdə V.Rafiqqızı bunun mümkün olduğunu deyib:
“Dünən Zaqatalada 5.2 bal zəlzələdən sonra, 3.5 bal gücündə ikinci təkan oldu. Yəqin ki, təkanlar yenidən müşahidə ediləcək. Ola bilər ki, heç bir təkan baş verməsin. Bütün aktiv zonalar Seysmoloji Xidmət Mərkəzinin nəzarətindədir”.
Gülxar
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var