Qırmızı.az
“ Elə etmək lazımdır ki, vətəndaş-məmur münasibətlərində birbaşa təmas baş verməsin”
"ASAN xidmət"in tətbiq dairəsini genişləndirmək lazımdır. Bu barədə Trend-ə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Parlament komitəsinin sədri qeyd edib ki, "ASAN xidmət"in
yaradılması vətəndaşların dövlət orqanları ilə təmasına çox yaxşı
nümunə olduğundan onu təşviq etmək lazımdır: "ASAN xidmət"
vətəndaş-dövlət məmuru münasibətlərinin necə qurulmalı, bunun hansı
formada baş verməli olduğuna gözəl nümunədir. Biz bunu təşviq
edirik. Ümumiyyətlə, elə etmək lazımdır ki, vətəndaş-məmur
münasibətlərində birbaşa təmas baş verməsin. Elə bir üsul olmalıdır
ki, nəticədə vətəndaşda dövlət qurumlarına inam olsun".
Millət vəkilinin fikrincə, vətəndaş onun biliyinə, bacarığına adekvat, ədalətli qiymət verildiyinə inanmalıdır: "Bilirsiniz bu niyə vacibdir? "ASAN xidmət" vətəndaşlarda dövlət orqanlarına olan inamı sadəcə artırmadı, o həm də vətəndaşların məsuliyyətini artırdı. Çünki vətəndaş dövlət orqanı ilə səmərəli, vicdanlı qarşılıqlı münasibət görəndə o dövlətə həm inanır, həm də onu qorumağa çox maraqlı olur, çünki onu özününkü hiss edir. Deməli, bunun həm də çox böyük siyasi əhəmiyyəti var".
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Hadisə21:36
Zaqatalada dönərdən zəhərlənənlərin SAYI ARTDI - YENİLƏNDİ
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO