Qırmızı.az
Azərbaycanın belarus qəhrəmanı
Azərbaycanın Milli Qəhrəmanı Anatoli
Davidoviçin xatirəsinə həsr edilən filmin təqdimatı
keçirilib.
ANS TV-nin məlumatına görə, film Belarus vətəndaşı
olan Anatolinin Azərbaycanda döyüş bölgəsinə qədər keçdiyi həyat
yolundan bəhs edir. Anatoli Davidoviç 1965-ci ildə Belarusun
Slutski şəhərində anadan olub. Belarusda hərbçi olmaq qərarına
gələn Anatoli sonralar zabit kimi Azərbaycanda xidmət edir. Xocalı
faciəsi baş verdikdə o, ölkəmizdə hərbi xidmətini davam etdirmək
qərarına gəlir. Mayor Anatoli Davidoviç Naxçıvanik uğrunda gedən
döyüşlərdə həlak olur. 3 iyul 1992-ci ildə Belarus Respublikasının
Müstəqilliyi günü ona Azərbaycanın Milli Qəhrəmanı adı verilir.
Valideynlərinin istəyi nəzərə alınaraq o, doğma vətənində -
Belarusun Slutski şəhərində dəfn olunur.
Bu il Azərbaycan müdafiə naziri Zakir Həsənovun
əmrinə əsasən nazirliyin nümayəndələri Belarusa səfər edib.
Azərbaycanın Milli Qəhrəmanının ailəsini və məzarını ziyarət
ediblər. Milli Qəhrəman haqqında filmin təqdimatında iştirak edən
Gəncə Qarnizonunun rəisi Rövşən Əkbərov, Şəmkir Rayon İcra
Hakimiyyətinin başçısı Nazim Veysov, İkinci Dünya müharibəsi
veteranları belə tədbirlərin gənclərin vətənpərvərlik ruhunda
tərbiyyəsinə xidmət etdiyini vurğuladılar. Belarusun Azərbaycandakı
konsulu Oleq Qoroxovik də Belarus oğlunun xatirəsinin uca
tutulduğuna görə təşəkkür etdi.
Tədbir Azərbaycan Silahli Qüvvələrinin mahnı və
rəqs ansamblının ifasında mahnı və rəqslərlə davam
etdi.
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO