Bakı birincisi olmaq uğrunda mübarizə başladı
Bizi izləyin

Qırmızı.az

Bakı birincisi olmaq uğrunda mübarizə başladı

“Bakının Birİncisi 2014” adlı gənclərarası intellektual turnir keçiriləcək. ANS PRESS-in məlumatına görə, bu gün - 5 iyulda və sayca beşinci olan V Gənclər Festivalı başlayır.

Festival "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı və "Azərbaycan" İntellektual Oyunlar Klubunun təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə artıq ənənəvi xarakter alan hər il olduğu kimi gənclərin asudə vaxtının səmərəli keçirilməsi və intellektual səviyyələrini artırmaq məqsədi ilə keçirilir.

Festivalın proqramı çərçivəsində “Bakının Birİncisi 2014” adlı “Nə? Harada? Nə Zaman?” və “Breyn-rinq” üzrə gənclərarası intellektual turniri keçiriləcək.

30 komandanın iştirakı ilə Marriot Absheron otelində baş tutacaq turnirin aparıcıları Moskva və Minsk elitar klublarının ən məhşur və sevimli oyunçuları olan, Büllur Bayquş sahibləri Andrey Supranoviç və Ales Muxin olacaqlar. Juri kürsüsündə isə Moskva elitar klubun məhşur oyunçuları Anastasiya Şutova və Aleksand Fingerov əyləşəcək.

Yarışmada nəticələrə əsasən ilk 3 yeri tutan komanda diplom və hədiyyələrlə təltif olunacaq. Bundan əlavə “Nə? Harada? Nə zaman” yarışında ilk 8 yeri tutan komandalar üçün tələbələr arasında Rusiya Çempionatının təşkilat komitəsinin üzvü Aleksandr Fingerovun rəhbərliyi ilə “Breyn-rinq” yarışının keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, "Bakının Birİncisi" yarışması - 2010" adlı "Nə? Harada? Nə Zəman?" gənclərarası yarışı 13 fevral 2010-cu ildə, "Bakının Birİncisi-2011" 16 Aprel 2011-ci ildə, "Bakının Birİncisi-2012" 12 may 2012-ci ildə, "Bakının Birİncisi-2013" isə 5 iyul 2013-cü ildə təşkil edilib.

Əlavə edək ki, bu turnir Beynəlxalq Klublar Assosiasiyasında lisenziya alıb və təşkilatın rəsmi tədbirlər siyahısına daxil edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm