Nazirlik Siyəzəndəki yanğınla bağlı məlumat yaydı
Bizi izləyin

Qırmızı.az

Nazirlik Siyəzəndəki yanğınla bağlı məlumat yaydı

Ötən gün Siyəzən rayonunda yanğın hadisəsi baş verib.

Ekologiya Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Siyəzən rayonu ərazisindəki Siyəzən broyler fabrikinin sexlərindən birində yanğın hadisəsi baş verib. Küləkli hava şəraiti yanğını şiddətləndirərək onun yayılma ərazisini genişləndirib. Yaxınlıqdakı pay torpaqlarına keçən alov dəniz kənarına bitişik meşə fondu torpaqlarını da əhatə edib.

Fövqəladə Hallar Nazirliyinin helikopterləri, yanğınsöndürən maşınları, o cümlədən ETSN-nin qurumlarının əməkdaşları, həmçinin yerli icra strukturlarının nümayəndələri birlikdə yanğını söndürməyə çalışırlar. İlkin məlumata görə meşə fondunun 5 hektar sahəsinə ziyan dəyib. Yanğının söndürülməsi üçün müvafiq tədbirlər görülüb.Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm