Qırmızı.az
47 sərhəd pozucusu saxlanılıb
İyun ayı ərzində Azərbaycanın dövlət sərhədini pozduqları üçün 38 halda 47 nəfər saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, onların 24 nəfəri Azərbaycan Respublikası, 11 nəfəri Özbəkistan, 3 nəfəri Rusiya Federasiyası, 2 nəfəri İran İslam Respublikası və hər ölkədən 1 nəfər olmaqla Gürcüstan, Nigeriya, Moldova, Tacikistan, Qırğızıstan, Ukrayna və Almaniya vətəndaşı olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 5 halda 10 nəfər, Xəzər dənizində 28 halda 41 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb. Sərhəd nəzarəti məntəqələrində dövlət sərhədindən keçməyə cəhd edərkən hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 223 nəfər aşkarlanaraq aidiyyatı üzrə təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 11 halda 4 kiloqram 326 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Bundan əlavə, ay ərzində respublika ərazisində 4,6 hektar sahədən ümumi çəkisi 9 ton 267,6 kq narkotik tərkibli bitki, 40 halda ümumi dəyəri təqribən 163 min manat olan qaçaqmalın, o cümlədən 4 ədəd tapança, 2 ədəd 16 mm-lik tüfəng, 114 ədəd müxtəlif ölçülü patron, 1 ədə zirehli gödəkçə, 1 ədəd beşbarmaq, 15 ədə elektroşok, 35 ədə qızıl-gümüş qol saatı, 34500 Avropa valyutası, 636 ədəd araq, 1780 qutu siqaret, 131900 ədəd dərman preparatı, 1 baş at, 145 ədəd pirotexniki vasitə, ərzaq və və sənaye mallarının sərhədlərimizdən keçirilməsinin qarşısı alınıb.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı