Qırmızı.az
Rəqqasə Fatimə Həccə gedəcək
Azərbaycanlı rəqqasə Həcc ziyarətinə getməyi arzu edir.
Bu haqda Axar.az-a rəqqasə
Fatimə Fətəliyeva məlumat verib:
”Mən bunu öncə öz İnstaqram səhifəmdə paylaşmışam. Təbii ki, hər bir müsəlman qadının arzusu kimi mənim də arzularımdan biri Həcc ziyarətinə getməkdir. Lakin hələ ki, buna imkanım yoxdur. İnşallah, öz biznesimi qurum, rəqslərimdə uğurlarım artsın, ondan sonra getməyi planlaşdırıram. Hələ ki, vaxtımın çox hissəsini övladlarıma həsr edirəm. Onlarla birlikdə istirahət edirəm”.
Qeyd edək ki, rəqqasə Fatimə iki il bundan öncə qızı ilə Məşhəd
ziyarətində olan fotosunu İnstaqram sosial şəbəkəsində paylaşıb və
bu sözləri yazıb:
"Allah mənə və arzusunda olan hər kəsə Həcc ziyarətini nəsib etsin,
amin".
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO