Bakıda ağır qəza: 2 azyaşlı öldü, ana yaralandı
Bizi izləyin

Qırmızı.az

Bakıda ağır qəza: 2 azyaşlı öldü, ana yaralandı

Bakıda ağır yol qəzası olub. Suraxanı rayonu Hövsan-Zığ yolunda bir ailənin 3 üzvü qəzaya düşüb. Bu barədə Suraxanı Rayon Polis İdarəsindən Publika.az-a məlumat verilib.

Xəbərə görə, Sumqayıt şəhər sakini Pərviz Heydərov idarə etdiyi “İSUZU” markalı maşınla, 25 yaşlı Pünhan Ağayevin idarə etdiyi “VAZ 21-06” markalı maşın toqquşub.

Nəticədə, P.Ağayev və maşınında olan sərnişinlər – 13 yaşlı Şahnaz Əhmədova və 10 yaşlı Elmar Əhmədov yerindəcə keçiniblər. Uşaqların anası 36 yaşlı Könül Əhmədova və “İSUZU” markalı avtomobilin sürücüsü Hərviz Heydərov xəstəxanaya yerləşdiriliblər.

3 saylı Şəhər Xəstəxanasından Publika.az-a verilən məlumata görə, yaralıların vəziyyəti hələ ki orta ağırdır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm