Qırmızı.az
Bakıda sərnişinlə dolu avtobus partlayarsa... - FOTOLAR
Bakıda sərnişin avtobusları insanların taleyi ilə oynayır. Sərnişin avtobuslarının sürücüləri insanlara hörmətsizlik etməklə yanaşı, onları təhlükəyə atır.
İçərisi sərnişinlə dolu vəziyyətdə olan avtobuslar yanacaqdoldurma məntəqəsinə daxil olur. Rövşən adlı oxucu milli.az-a belə faktları çılpaqlığı ilə göstərən məktub və foto göndərib.
Məktubda deyilir ki, 82 saylı 10 TG 767 nömrəli avtobusun sürücüsü içərisi sərnişinlə dolu avtobusa yanacaq doldurur: “Sərnişinlər üçün böyük təhlükədir axı bu hərəkət. Avtobus yanacaqdoldurma məntəqəsindən çıxanadək qorxudan ölmüşəm. Yanacaqdoldurma məntəqəsindən çıxandan sonra isə yol boyu yavaş-yavaş sürür, yol boyu sərnişin dilənir. 82 saylı avtobusdan dəfələrlə şikayət etsək də, heç kimin veçinə deyil. Bu marşrutda sənədsiz sürücüdən tutmuş, kateqoriyası olmayan sürücülərə kimi var”.
Oxucu məktubuna əlavə edir ki, 175 saylı 10 TF 270 dövlət nömrə nişanlı sərnişin avtobusu da içərisi adamlarla dolu vəziyyətdə yanacaqdoldurma məntəqəsinə daxil olur.
“Bakı Sərnişin Nəqliyyat” Departamentindən sayta bildirilib ki, məktubda qeyd olunan avtobuslar müəyyən olunaraq cəzalandırılacaq. Həmin avtobus sürücüləri xətdən kənarlaşdırılacaq və İnzibati Xətalar Məcəlləsinə uyğun 51 manat cərimə olunacaq.
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi