Prezident İlham Əliyevdən 3 sərəncam
Bizi izləyin

Qırmızı.az

Prezident İlham Əliyevdən 3 sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Zeynalovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Tofiq Məhəmmədəli oğlu Zeynalov Respublikanın ictimai-siyasi həyatında xidmətlərinə görə təltif olunub.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Rasim Həsən oğlu Əliyev Azərbaycan Respublikasının "İstiqlal" ordeni ilə təltif edilib.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən göstərilən səyyar xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sənəddə qeyd olunur ki, ölkədə həyata keçirilən institusional islahatlar nəticəsində yaradılan "ASAN xidmət" mərkəzləri dövlət orqanları tərəfindən əhaliyə göstərilən xidmətlərə yenilik gətirmiş, bu sahədə rahatlığı və şəffaflığı təmin etmişdir.

Müasir texniki avadanlıqla təchiz edilmiş avtobusların regionlara səfərlərinin təşkil edilməsi vətəndaşlara bilavasitə yaşayış yerində operativ və yüksək peşəkarlıqla müxtəlif xidmətlər göstərilməsinə şərait yaratmışdır.
Sərəncama əsasən, görülən işlərin davam etdirilməsi və səyyar xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə regionlarda yaşayan əhaliyə səyyar xidmətlərin keyfiyyətli və davamlı şəkildə göstərilməsinin təşkili üçün 8,0 (səkkiz) milyon manat ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həmin məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

- See more at: http://axar.az/news/24037#sthash.NddpleZB.dpuf
Oxumağa davam et
Reklam
Reklam

Gündəm