Qırmızı.az
Kəmaləddin Heydərov Gürcüstan nümayəndə heyəti ilə görüşüb
Bu gün Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Gürcüstanın daxili işlər nazirinin müavini Vaxtanq Qomelaurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına
istinadən məlumat verir ki, K.Heydərov hər iki ölkə arasında yaxın
qonşuluq və dostluq əlaqələrinin ildən-ilə möhkəmləndiyini diqqətə
çatdırıb. Azərbaycan və Gürcüstanın müvafiq dövlət qurumları
arasında mövcud əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin
perspektivlərindən danışan nazir respublikamızda fövqəladə halların
idarə olunması sahəsində görülən işlər, nazirliyin strukturuna
daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib.
V.Qomelauri ölkələrimiz arasında aidiyyəti qurumların əməkdaşlıq
əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini önə
çəkib.
Görüşdə baş verə biləcək fövqəladə halların qarşısının alınması və
nəticələrinin aradan qaldırılması sahəsində fikir mübadiləsi
aparılıb, hər iki ölkənin mütəxəssislərinin iştirakı ilə qarşılıqlı
təcrübə mübadiləsinin aparılması və birgə seminar-təlimlərin
keçirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir
mübadiləsi aparılıb.
Daha sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin Böhran
Vəziyyətlərində İdarəetmə Mərkəzinin, İctimaiyyətlə əlaqə
idarəsinin Multi-media mərkəzinin, Tibb məntəqəsinin, o cümlədən
Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin
fəaliyyəti ilə yaxından tanış olublar.
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında da olan qonaqlara bu
təhsil ocağının fəaliyyəti haqqında geniş məlumat verilib.
Gürcüstanın daxili işlər nazirinin müavini V.Qomelaurinin başçılıq
etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI