Qırmızı.az
Avropa Azərbaycan Cəmiyyəti girovlarla bağlı bəyanat yaydı
Avropa Azərbaycan Cəmiyyəti (AAC) Kəlbəcər rayonunda ermənilər tərəfindən əsir götürülən iki azərbaycanlı ilə bağlı bəyanat verib. Cəmiyyətdən ANS PRESS-ə daxil olan bəyanatda qeyd olunub ki, azərbaycanılar öz torpaqlarında ermənilər tərəfindən girov götürülüblər. Həmçinin bildirilib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayaraq 21 ildir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır:
"Separatçı Dağlıq Qarabağ rejiminin Müdafiə Nazirliyinin məlumatına
görə, guya həmin azərbaycanılar 12 iyul tarixində “təxribatçı” kimi
Kəlbəcər rayonuna gedib və girov götürülüblər. Erməni tərəfindən
bildiriblər ki, guya Şahbaz Quliyevin həbsi zamanı bir eməni zabiti
öldürülüb, bir erməni qadını isə yaralanıb".
Ermənistanın müdafiə naziri Seyran Ohanyanın isə beynəlxalq hüquqa
zidd olan çıxışında bildirilib ki, həmin azərbaycanlıların
Kəlbəcərə keçmələri beynəlxalq hüquqa əsasən qanunsuzdur və bir
cinayətdir.
Amma Ermənistan beynəlxalq hüquqa məhəl qoymayaraq Azərbaycan
ərazisinin 20%-ni işğal edib. Bu beynəlxalq hüququ əzib keçməkdir.
Ermənistan işğalına qarşı qəbul edilən BMT qətnamələrinə hələ də
əməl edilmir və işğal faktı hələ davam edir. Öz vətənində
azərbaycanlıların əsir götürülməsi bir daha Ermənistanın
münaqişənin həllindəki mövqeyni nümayiş etdirdi".
Avropa Azərbaycan Cəmiyyətinin direktoru (TEAS) Lionel Zetter isə
qeyd edib ki, Dağlıq Qarabağda orta yaşlı azərbaycanılara qarşı
Ermənistan tərəfinin etdiyi bütün hərəkətlər sülh prossesinin
əleyhinədir və bu danışıqlara kömək etməyəcək.
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO