Əkiz uşaqların ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Əkiz uşaqların ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

İyulun 19-da 24 yaşlı Aynur Səfərova doğuş üçün Ağdam Mərkəzi rayon Xəstəxanasına yeləşdirilib. Ailənin iddialarına görə, yarımçıq doğulan əkizlər üçün xəstəxanada küveyz olmayıb. Uşaqları paytaxta gətirmək qərarı veriblər. Lakin yolda gələrkən uşaqlardan biri dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Publika.az-a açıqlamasında xəstəxanada uşaqların saxlanması üçün bütün imkanların olduğunu bildirib.

"Bildiyim qədəri ilə uşaqlar 24 həftəlik olub və yaşamaq ehtimalları çox az olub. Patoloji doğum olsa da, proses normal keçib. İlkin məlumata əsasən, Ağdam rayon xəstəxanasında uşaqların saxlanması üçün bütün imkanlar var və təmin ediliblər. Sadəcə, valideynləri Bakıya gətirməkdə israr edib. Rayon xəstəxanasının baş həkiminin də verdiyi məlumatda ailənin paytaxta gətirmək barədə təkid etdiyini bildirib. Valideynlərin Bakıya gətirmək istəyi, yəqin ki, inamsızlıqla bağlı olub. Çünki Ağdama yaxın Gəncədə böyük perinatal mərkəz var, ora da apara bilərdilər.Yəqin ki, mərkəzə gətirmək istəyiblər. Xəstəxana rəhbərliyi də onların icazəsi olmadan Bakıya gətirildiyini deyir. Qanuna əsasən, xəstənin başqa bir xəstəxanaya köçürülməsi üçün imtina olmalıdır. Amma bəzən ailələr həkimə müraciət etmədən, icazə almadan xəstələrini aparmaq istəyirlər, bu zaman həkim onların qarşısını ala bilmir. Əlbəttə, bu məqamda həkim təsir göstərməlidir. Məsələ, araşdırıldıqdan sonra səbəblər tam bəlli olacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm