Qırmızı.az
Pakistanda ölən azərbaycanlı qadının kimliyi bilindi
Pakistanda vəfat edən azərbaycanlı qadının şəxsiyyəti bəlli olub. Bu barədə məlumatı ANS PRESS-ə Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov verib.
Bu Bibixanım Ağayevadır.
Məlumata görə, qadın şəkər xəstəsi olub. "Mərhumənin cənazəsi
Pakistan xəstəxanasında müayinə olunub. Həkimlərin verdiyi rəyə
əsasən onun şəkəri qalxıb və bu səbəbdən də keçinib".
Səfirin sözlərinə görə, B.Ağayevanın cənazəsi bu gün Bakıya yola
salınıb.
Qeyd edək ki, azərbaycanlı qadının cəsədi Kəraçidəki Saddar
otelində aşkar edilib. O, iyulun 17-də biznes məqsədi ilə
Azərbaycandan Kəraçiyə uçub və iyulun 23-də geriyə qayıtmaq üçün
bilet alıb.
Ağayeva Bibixanımın ölümü barədə məlumatı polisə otel meneceri
verib. Otaq xidməti onun qaldığı otağa daxil olanda qadının cəsədi
ilə qarşılaşıb.
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"