Qırmızı.az
Məktəb kül oldu
Gecə saatlarında Ağstafa rayonunda məktəb yanıb.
Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, hadisə rayonun Yenigün kəndində qeydə alınıb. Qəfildən yanan köhnə məktəb birdən-birə alova bürünüb.
Ümumi sahəsi 500 kv metr olan köhnə məktəb binasının 200 kv metr hissəsi tamamilə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Onların müdaxiləsindən sonra alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.
Sakinlərin sözlərinə görə, köhnə məktəb binasında 10 ilə yaxındır ki, dərs keçilmir. Çünki şagirdlərə dərslər yeni tikilmiş binada tədris olunur. Lakin yararsız vəziyyətdə olan binada iki ailə məskunlaşıb. Yanğın zamanı xəsarət alan olmasa da, köhnə binaya ciddi ziyan dəyib.
Hadisə ilə əlaqədar araşdırma aparılır.
Simnarə
-
Dünya21:25
Baş naziri güllələyən yazıçının oğlundan ETİRAF
-
Magazin120:05
Çingiz Mustafayevin toyu olacaq
-
Dünya19:20
Slovakiya Baş nazirinə sui-qəsd edən şəxs yazıçı imiş - YENİLƏNDİ
-
Ekologiya18:30
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
-
Kriminal17:24
Gözəllik salonunda işləyən qadınların başına taksidə görün nə iş gəldi: Biri öldü - VİDEO
-
Sosial17:00
Erməni separatçıların həbs müddəti uzadıldı
-
Dünya16:30
4 gün iş, 3 gün tətil: Milyonlarla işçinin həyatı dəyişəcək
-
Cənubi Qafqaz16:01
Ermənilər Nikolun yerində kimi görür? - Sorğuda Vardanyanın da adı çıxdı