Qırmızı.az
Helikopterlər Tovuzda (FOTO)
Hərbi helikopterlər Tovuz rayonunda havaya qalxıblar. Rayon sakinlərinin ANS PRESS-ə verdikləri məlumata görə, artıq bir neçə gündür ki, ermən hərbi birləşmələri rayonun kəndlərini intensiv atəşə tuturlar. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi helikopterlər rayon səmasında uçmağa başlayıb. Sakinlərin sözlərinə görə, helikopterlər gün ərizində rayonun bütün kəndlərinin üzərindən uçaraq hərbi nəzarət funksiyayasını yerinə yetirirlər.
Qeyd edək ki, Müdafiə Nazirliyindən bu gün bildiriblər ki, cəbhənin
müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə
41 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan
Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə,
Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz
rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Koxanəbi, Əlibəyli,
Hacıalılı və Ağdam kəndlərində yerləşən mövqelərimizi atəşə
tutublar.
Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən
Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz gecə
saatlarında 21:30-dan 01:50-dək avtomat və iriçaplı silahlardan
intensiv atəşə məruz qalıb.
Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıl Oba, Ağdam rayonunun
Yusifcanlı, Mərzili, Füzuli rayonunun Horadiz, Goranboy rayonunun
Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında,
Xocavənd və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə
tutulub.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ