Qırmızı.az
Uçuşa hazırlaşan "Boeing" asfalta ilişdi
Moskvanın Domodedovo aeroportunda kuryoz hadisə yaşanıb.
ANS PRESS-in məlumatına görə, Rusiya paytaxtında 35-dərəcə isti
səbəbindən reyslərdən biri dayanıb. "S7" şirkətinə məxsus "Boeing
737" paytaxtdan Novosibirskə uçmalı idi. Lakin anormal isti
nəticəsində "Boinq 737"-nin təkərləri uçuş zolağının ərimiş
asfaltında ilişib qalıb.
Şahidlərin bildirdiyinə görə, uçuş vaxtı elan olunduqdan sonra
bütün sərnişinlər yerlərində oturub. "Boeing" uçuş-enmə zolağı üzrə
getdiyi zaman birdən ilişib. Sərnişinlər istidən ərimiş asfaltda
təyyarənin dal şassisi 10-15 santimetr dərinliyə batdığını
bildiriblər.
“Havanın yüksək temperaturu səbəbindən uçuş zolağında lokal
problemlər yaranıb. Qısa müddətə məsələ həll olunacaq və iş rejimi
bərpa olunacaq”, - deyə "Domodedovo"nun mətbuat katibi Darya
Korşunova bildirib.
Olaydan sonra sərnişinlər təyyarədən endirilib.
-
Dünya23:15
71 yaşlı yazıçı dindirildi: Baş naziri buna görə güllələyibmiş... - VİDEO
-
Magazin123:03
Vasif Məhərrəmli plastik əməliyyatla üzünü DƏYİŞDİRDİ - FOTO
-
Dünya21:25
Baş naziri güllələyən yazıçının oğlundan ETİRAF
-
Magazin120:05
Çingiz Mustafayevin toyu olacaq
-
Dünya19:20
Slovakiya Baş nazirinə sui-qəsd edən şəxs yazıçı imiş - YENİLƏNDİ
-
Ekologiya18:30
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
-
Kriminal17:24
Gözəllik salonunda işləyən qadınların başına taksidə görün nə iş gəldi: Biri öldü - VİDEO
-
Sosial17:00
Erməni separatçıların həbs müddəti uzadıldı