Qırmızı.az
Azərbaycanın itki və tələfatları Beynəlxalq Standartlara əsasən hesablanır
1918-ci il avqust ayının 31-də Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin sədri, həm də Xarici İşlər Naziri F.X.Xoyskinin Gəncə şəhərində imzaladığı qərara əsasən Ələkbər bəy Xasməmmədovun sədrliyi ilə 7 nəfərdən ibarət Fövqəladə Təhqiqat Komissiyası yaradılıb. Publika.az-ın məlumatına görə, 1918-ci il, iyul ayının 15-də Azərbaycan xalq Cumhuriyyəti hökumətinin Gəncədə keçirilən iclasında azərbaycanlılar və onların əmlakı üzərində zorakılıq hallarını araşdırmaq üçün Fövqəladə Təhqiqat Komissiyası yaratmaq haqqında məsələ geniş müzakirəyə səbəb olur.
Həmin ilin avqust ayının 31-də komissiya yaradılır. 1919-cu il yanvarın 6-da komissiyanın sədri Ə.Xasməmmədov F.X.Xoyskiyə yazdığı məktubunda bildirirdi ki, Avropa sülh konfransına gedən nümayəndə heyətinə təqdim etmək üçün Bakı, Quba və Şamaxı şəhərlərində, Şamaxı, Göyçay, Cavad, Quba qəzalarında müsəlmanlara qarşı ermənilər tərəfindən törədilmiş vəhşilikləri əyani şəkildə sübut edən məlumatlar sizə göndərilir. Lənkəran qəzası polkovnik Avetisovun silahlı quldur dəstələri tərəfindən, Cavad qəzasının bir hissəsi isə polkovnik İllarionoviç başda olmaqla ruslar tərəfindən, İrəvan quberniyası, Gəncə quberniyasının dörd qəzasında – Cavanşir, Cəbrayıl, Şuşa və Zəngəzurda böyük dağıntılar törədilib, hər gün bizə daxil olan həyəcanlı məlumatlara görə azərbaycanlı əhali ucdantutma məhv edilir.
Prezident İlham Əliyevin rəsmi göstərişi əsasında 26 fevral 2014-cü ildə (yəni, Xocalı soyqırımının ildönümü günü) ölkəmizin Baş Naziri cənab A.Rasi-zadənin 51s saylı sərəncamı ilə yaradılmış İşçi Qrupu da həmin Komissiyanın sələfi olmaqla, ermənilərin azərbaycanlılara qarşı törətdiyi tarixi amansızlıqlar nəticəsində hər cür itki və tələfatların Beynəlxalq Qiymətləndirmə Standartlarına əsasən qiymətləndirilməsi işini davam etdirir.
Qeyd edək ki, bu ilin avqust ayının 31-də həmin Komissiyanın yaradılmasının 96-illiyi tamam olur.
Həmin İşçi Qrupunun rəhbəri Avrasiya Qiymətləndiricilər Şurası Assosiasiyası idarə heyətinin üzvü, Milli Məclisin deputatı Xanhüseyn Kazımlıdır.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı