Qırmızı.az
Bulvardakı obyektlər dezinfeksiya ediləcək
Yaxın günlərdə Dənizkənarı Milli Parkda dezinfeksiya işləri aparılacaq. Dezinfeksiya işləri ərazidə fəaliyyət göstərən bütün attraksionlar, iaşə obyektlərində həyata keçiriləcək. Bu barədə Publika.az-a Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.
N.Məcidovun sözlərinə görə, bu işin həyata keçirilməsi Bulvar İdarəsinin xüsusi təşəbbüsüdür. Bu addımın atılmasına səbəb yay fəslində Bulvara gələnlərin sayının artmasıdır. Onların infeksiyalara yoluxmasının qarşısını almaq üçün bulvar boyunca mövcud əl tutacaq yerləri, skamyalar, gəmilər, restoranlar, karusellər hamısı dezinfeksiya ediləcək.
“Düzdür, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən planlı şəkildə Bulvar ərazisində bu işlər həyata keçirilir. Bulvara gələnlərin sayı artır. Bu da infeksion xəstəliklərin çoxalmasına şərait yaradır. Buna görə də Bulvar İdarəsi olaraq xəstəliklərin qarşısını almaq üçün dezinfeksiya işləri aparılacaq. Həmçinin bu proses daxilində müxtəlif həşəratlar məhv ediləcək. Dezinfeksiya işləri üçün dərmanlar Almaniyadan gətiriləcək”.
Bulvar rəsmisinin sözlərinə görə, proses infeksiyalara qarşı profilaktik işlər aparan yerli “BİODEZ” şirkəti tərəfindən həyata keçiriləcək:
“Ərazinin geniş olması və obyektlərin sayı nəzərə alınaraq, dezinfeksiya işləri bir həftə davam edəcək. Bu zaman həmin obyektlərin fəaliyyətində hər hansı məhdudiyyət olmayacaq. İnsanlar istirahət edərkən dezinfeksiya işləri həyata keçiriləcək”.
Gülxar
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO