Qırmızı.az
Avqustun hava proqnozu
Avqust ayına olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən Publika.az-
a verilən məlumata görə, avqust ayında orta aylıq temperaturun
iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı
gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi
ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 26-28
dərəcə isti (gecələr 21-26, gündüzlər 30-35, bəzi günlərdə 37-39
dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və
bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-8 mm)
olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 25-28 dərəcə isti (gecələr 18-23, gündüzlər 31-36, bəzi günlərdə 38-41 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 6-10 mm) olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy
rayonlarında
orta aylıq temperaturun 17-22 dərəcə isti (gecələr 12-17, gündüzlər
22-27, bəzi günlərdə 30-35 dərəcə isti) olacağı gözlənilir ki, bu
da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 32-55 mm),
bəzi yerlərdə isə bir qədər çox olacaq.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarında orta aylıq temperaturun 24-27 dərəcə isti (gecələr
18-23, gündüzlər 30-34, bəzi günlərdə 36-39 dərəcə isti) olacağı
gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər
yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-24 mm),
bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında
orta aylıq temperaturun 22-26 dərəcə isti (gecələr 16-21, gündüzlər
26-31, bəzi günlərdə 34-37 dərəcə isti) olacağı gözlənilir ki, bu
da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-116
mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 26-28 dərəcə isti (gecələr 19-24, gündüzlər 30-35, bəzi günlərdə 37-40 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-22 mm) olacağı ehtimal olunur.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 24-26 dərəcə isti (gecələr 18-23, gündüzlər 28-33 dərəcə isti, bəzi günlərdə 36 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 13-83 mm), bəzi yerlərdə bir qədər çox olacaq.
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: polis həmkarlarını öldürdü - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO
-
Region27 Aprel 21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial27 Aprel 21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ27 Aprel 20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin127 Aprel 19:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər