Qırmızı.az
Nazirliyin fəaliyyəti yoxlanıldı
Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.
Palatadan AzVision.az-a verilən məlumata görə, iclasda dövlət
büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin
Mühafizəsi departamentinə ayrılan vəsaitlərin istifadəsinə dair
audit tədbirinin nəticələri üzrə hesabat və rəy müzakirə olunaraq
müvafiq qərar qəbul edilib.
Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama
Palatasına məlumatların verilməsi üçün kollegiya iclasının
qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi və audit
tədbirinin nəticələri barədə məlumatın Milli Məclisə təqdim
olunması qərara alınıb.
Kollegiya iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
dövlət ekspertiza idarəsi tərəfindən büdcədənkənar (xüsusi)
vəsaitlərin və dövlət rüsumlarının hesablanılması və ödənilməsinin
qanunvericiliyə uyğunluğuna, dövlət büdcəsindən ayrılan vəsaitlərin
və büdcədənkənar (xüsusi) vəsaitlərin istifadəsinə, Azərbaycan
Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli
Agentliyə (ANAMA) ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin
istifadəsinə dair audit proqramları da təsdiq edilib.
İclasda, həmçinin Hesablama Palatasının 2014-cü ilin birinci
yarımilliyində fəaliyyəti müzakirə edilib. Palatanın cari ilin İş
planına uyğun hesabat dövrü üçün həyata keçirilmiş nəzarət
tədbirlərinin nəticələri dinlənilərək müəyyənləşdirilmiş
nöqsanların xarakteri və qəbul edilmiş qərarların icra vəziyyəti
təhlil olunub.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov görülmüş tədbirlər
barədə quruma təqdim edilmiş məlumatlara və post audit
tədbirlərinin nəticələrinə əsasən, ümumilikdə, 1,5 milyon manat
vəsaitin müvafiq qaydada bərpa edildiyini bildirib. Sədr hesabatın
ilinin sonunadək həmin tədbirlər üzrə qərarların icra vəziyyətinin
diqqətdə saxlanılması, iş planı üzrə nəzərdə tutulmuş tədbirlərin
icrası ilə bağlı müvafiq tapşırıqlar verib.
İclasda, həmçinin Hesablama Palatası tərəfindən həyata keçirilən
“Korporativ və Dövlət Sektorunda Hesabatlılıq” layihəsinin (CAPSAP)
2-ci, 3-cü və 4-cü komponentlərinin icrası üzrə əldə edilmiş
nailiyyətlər və qarşıda duran vəzifələr müzakirə olunub.
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO