200 nəfərin olduğu bərə batdı
Bizi izləyin

Qırmızı.az

200 nəfərin olduğu bərə batdı

Banqladeşin paytaxtı Dəkkədən 30 kilometr aralıda göyərtəsində azı 200 nəfərin olduğu çay bərəsi batıb.

ANS TV-nin məlumatına görə, xilasedicilər sudan 50 nəfəri sağ çıxara biliblər.

İtkin düşən azı 150 nəfərin axtarışları isə davam edir. Bərənin çevrilərək batmasına onun göyərtəsində həddindən artıq çox adamın olmasının səbəb olduğu ehtimal edilir. May ayında da Dəkkədə bərənin batması nəticəsində 150 nəfər həlak olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm