Yuxulu sürücü qəza törətdi: ölən və xəsarət alan var
Bizi izləyin

Qırmızı.az

Yuxulu sürücü qəza törətdi: ölən və xəsarət alan var

Bakıda ağır yol qəzası olub. Sabunçu rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, hadisə gecə saatlarında Maştağa yolunda qeydə alınıb.

Maştağa kənd sakini 32 yaşlı Faiq Hilalov idarə etdiyi "AzSamand" markalı avtomobili ağaca çırpıb. Nəticədə sürücü yerindəcə keçinib. Avtomobildə bir nəfər sərnişin də olub. 31 yaşlı Asif Quliyev bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı yol polisi araşdırmalara başlayıb. İlkin ehtimala görə, sürücünün yuxulu olduğu bildirilir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm