Qırmızı.az
Azərbaycanda su təhlükəsi
Bu il ölkə ərzisinə düşən yağıntıların miqdarı az olduğundan su anbarlarına toplanılan su ehtiyatlarından qənaətlə istifadə etmək lazımdır.
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktor
müavini Elbrus Əlizadə Trend-ə deyib ki, bu il Böyük Qafqazın cənub
yamacındakı Ağsuçay, Girdimançay, Göyçay, Türyançay ya tam quruyub,
ya da onların su sərfi ən minimum həddə düşüb: "Bu il ölkə
ərazisinə yağıntılar çox az düşdüyündən çaylarda azsululuq var.
Hətta su anbarlarımızın da su ehtiyatları çox çətinliklə
toplanılır".
Azərbaycanın əksər hissəsinin quraq, yəni quru subtropik ərazi
olduğunu xatırladan E.Əlizadə qeyd edib ki, bu səbəbdən ölkədə
suvarma əkinçiliyi tətbiq edilir. Azərbaycanda suvarma üçün çox
böyük əhəmiyyəti olan 140-dən artıq su anbarı var ki, onlardan da
suvarma üçün daha əhəmiyyətli və böyük olanı Şəmkir, Yenikənd,
Mingəçevir, Bəhramtəpə, Mil-Muğan və s.-dir. Bunlar əsasən, Kür,
Araz çayının suyu ilə işləyir: "Ancaq bu il həm Kürdə, həm də
Arazda su sərfi keçən ilə nisbətən xeyli aşağıdır. Düzdür, su
anbarlarında qışdan xeyli su ehtiyatı toplanılıb. Ancaq o
ehtiyatlardan qənaətlə istifadə etmək lazımdır. Çünki bu il
doğrudan da, yağıntıların miqdarı azdır. Ola bilsin ki, payızda
yağıntıların miqdarı orta illik göstəriciyə çatacaq".
Azərbaycanda bəzi illərdə sel hadisələrinin çox olduğunu xatırladan
E.Əlizadənin sözlərinə görə, 1960-cı ilə qədər Azərbaycanın
təbiətini öyrənən xarici alimlər ölkədə sel hadisələrinin tədricən
səngiməsi fikrinə gəliblər. Amma sonradan öz tanınmış alimlərimizin
apardıqları tədqiqatlar göstərdi ki, bu proses əksinə
sürətlənməkdədir.
İnstitutun direktor müavininin sözlərinə görə, 1960-cı illərdə,
xüsusilə 1962, 1963, 1975, 1979-cu illərdə təhlükəli sellər baş
verib. 2009, 2010, 2011-ci illərdə də Azərbaycanda sel hadisələri
çox olub: "Bu il hələ ki, artıq bir neçə sel hadisəsi olub. Baş
verən sellərə görə bu il vəziyyətin çox fərqləndiyini deyə
bilmərik. Bunun yekununu oktyabr-noyabr aylarında deyə bilərik.
May, iyun, iyul, avqust, sentyabr - quraq keçən dövrlər sellərin
baş verməsi baxımından ən təhlükəli dörvlərdir".
-
MDB09:06
Kliçkonu İrəvana dəvət etdilər
-
ABŞ09:00
80 yaşlı milyarder azyaşlılara təcavüz edib? - ŞOK İTTİHAM
-
ABŞ08:24
"The Washington Post"un ilk qadın baş redaktoru İSTEFA VERDİ
-
Səhiyyə07:30
Xərçəngi aşkarlayan süni intellekt yaradıldı
-
Ekologiya07:17
Bu gün hava necə olacaq? - PROQNOZ
-
Dünya04:44
ABŞ super donuzlar tərəfindən İŞĞAL EDİLƏ BİLƏR
-
Magazin104:14
Aygün Kazımova final matçında şou göstərdi - VİDEO
-
Nəqliyyat02:12
Bazar günləri parklanma ilə bağlı qanunsuz ödənişlər alınır? - VİDEO