Bakı-Qazax yolunda qəza, xəsarət alanlar var
Bizi izləyin

Qırmızı.az

Bakı-Qazax yolunda qəza, xəsarət alanlar var

Bakı-Qazax yolunda ağır yol qəzası olub.

Publika.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu gün səhər saat 7 radələrində Baki-Qazax-Gürcüstan avtomobili yolunun 469-cu kilometrliyində, Qazax rayonu ərazisində Gürcüstan vətəndaşı, 23 yaşlı Mehrabov Novruz Pərviz oğlunun idarə etdiyi "BMW" markalı avtomobil idarəetməni itirərək yolun sol hissəsinə yuvarlanıb.

Yol kənarında əkin sahəsini suvaran Eldar Məmmədov hadisənin gözü qarşısında olduğunu və qəza zamanı avtomobildə 3 nəfərin olduğunu bildirib.

Hadisə zamanı xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Xəstəxanadan bildirilib ki, yaralılardan biri başından ağır zədə alıb və komadadır. Digər iki yaralının vəziyyətinin isə stabil olduğu bildirilir.

Hadisəyə sürücünün sükan arxasında yatmasının səbəb olduğu bildirilir.

Yol qəzası törədən avtomobil "Taksi" kimi fəaliyyət göstərdiyindən sərnişinlərin Gürcüstandan istirahətdən gəldiyi ehtimal olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm