Qırmızı.az
Gecə yağış yağacaq
Sabah günün ikinci yarısında Bakıda və Abşeron yarımadasında əsən külək tədricən mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Avqustun 13-dən 14-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Şimal-qərb küləyi günün ikinci yarısında tədricən mülayimləşəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 24-27,
gündüz 30-34 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”