Qırmızı.az
Bakıya BMT ekspert qrupu gəlir
BMT-nin biznes və insan haqları üzrə mütəqil
ekspertlərdən ibarət qrupu ilk dəfə olaraq Azərbaycana səfər
edəcək.
ANS PRESS-in məlumatına görə, avqustun 18-27-si olacaq səfər zamanı
qrup burada hakimiyyət və vətəndaş cəmiyyətininin nümayəndələri ilə
görüşəcək, biznes fəaliyyətinin insan haqlarına təsirini öyrənəcək.
BMT-nin Biznes və İnsan Haqları üzrə qrupunun üzvü Puvan Sevanathan
deyib ki, neft ölkəsi Azərbaycan sürətli iqtisadi inkişafa nail
olub. İqtisadiyyatda özəl şirkətlərin rolu artıb. Bizneslə əlaqəli
insan haqları pozuntularının qabağını almaqda Azərbaycan spesifik
sınaqlar və imkanlarla üzləşir.
Azərbaycan hökumətinin dəvəti ilə gələn ekspertlər Bakıda və
Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə olacaqlar.
Qeyd edək ki, bu qrup 2011-ci ildə yaradılıb. Qrupun üzvləri BMT
işçiləri deyillər və öz işlərinə görə maaş almırlar. Qrup yalnız
BMT-nin insan haqları Şurasına və BMT Baş məclisinə hesabat
verir.
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ