Qırmızı.az
Öldürdüyü qadınla 4 gün eyni evdə yaşadı
Türkiyənin Uşak şəhərində dünən gecə ortaya çıxan qətl
hadisəsinin şübhəlisi 4 gün boyunca cəsədlə eyni evdə
yaşayıb.
ANS PRESS-in məlumatına görə, 5 gün əvvəl Gülnar Moldaxanovanı (36
yaş) boğaraq öldürdüyü iddiasıyla dünən gecə nəzarətə alınan 58
yaşında qatil bu gün çıxarıldığı məhkəmə qərarı ilə həbs olunub.
Şübhəli Gülnar Moldaxanova ilə bir müddətdir birlikdə
yaşadıqlarını, hadisə günü mübahisə zəminində cinayəti işlətdiyini
etiraf edib.
Lakin polisləri daha bir fakt təəccübləndirib. Qatilin verdiyi
ifadəyə görə, o öldürdüyü qadının cəsədi ilə 4 gün eyni evdə
yaşayıb. Cəsədin isti hava səbəbiylə qoxular gəlməsini hiss edib və
nə edəcəyini bilmədiyi üçün, qoxu yayılmasın deyə üzərini yorğanla
örtüb.
Hadisəni büruzə verən də elə cəsədin küçəyə dağılan qoxusu olub.
Küçədəki sakinlər dünən axşam saatlarında evdən pis qoxular
gəldiyini şikayət etdikdən sonra, təhlükəsizlik qüvvələri evə
giriblər.
Polisin verdiyi məlumatda qeyd edilir ki, onlar evin qapısını
döydükdə adının açıqlanmadığı qatil onlara qapını özü açıb.
Polislər ondan vəziyyəti soruşduqda, qatil pis qoxunun evdə
bişirdiyi yeməklə əlaqədar olduğunu bildirib. Heç bir pis yemək
qoxusu ilə müqayisə olunmayan üfunətlə polis tanış olmaq istədikdə
isə öldürülən Moldaxanovanın cəsədini tapıb.
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin25 May 21:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO