Qırmızı.az
757 nəfər qidadan zəhərlənib
Bu ilin 7 ayı ərzində 757 qida zəhərlənməsi faktı qeydə
alınıb.
ANS TV-nin məlumatına görə, zəhərlənmədən ümumiyyətlə 845 nəfərin
zərər çəkdiyi bildirilir. 13 nəfər botulizmdən zəhərlənib, onlardan
biri dünyasını dəyişib. Ən çox zəhərlənmə hadisəsi ev şəraitində
hazırlanan məhsullardan olub. Gigiyena qaydalarına düzgün əməl
edilməməsi səbəbindən tez-tez zəhərlənmə hallarına rast gəlinir.
Həmçinin qidaların hazırlanması və onların soyuq yerdə
saxlanılmaması səbəbindən bu cür hallar qeydə alınır. İnsanların bu
işdə məsuliyyətsizliyi də qaçılmazdır.
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev
bildirdi ki, ev şəraitində hazırlanan konserv məhsullarından
zəhərlənənlərin sayı az deyil.
Şöbə müdiri insanları tez xarab olan məhsullardan istifadə
etməmələrini bildirdi. Çünki belə halda ölüm hallarının olması da
qaçılmazdır.
İmran Abdullayev qeyd edir ki, ət, balıq məhsullarından insanlar az
istifadə etməlidirlər: “Çünki belə məhsullardan isti aylarda
istifadə edənlərdə çox vaxt zəhərlənmə ilə nəticələnir. İnsanlar ən
çox belə havada yaxşı olar ki, tərəvəz məhsullarından istifadə
etsinlər”.
Odur ki, əgər sizdə sağlamlığınızı düşünürsünüzsə, o zaman nə yeyib
içdiyinizə fikir verməlisiniz. Əks halda son gedəcəyiniz yer
xəstəxana ola bilər.
-
ABŞ08:24
"The Washington Post"un baş redaktoru İSTEFA VERDİ
-
Səhiyyə07:30
Xərçəngi aşkarlayan süni intellekt yaradıldı
-
Ekologiya07:17
Bu gün hava necə olacaq? - PROQNOZ
-
Dünya04:44
ABŞ super donuzlar tərəfindən İŞĞAL EDİLƏ BİLƏR
-
Magazin104:14
Aygün Kazımova final matçında şou göstərdi - VİDEO
-
Nəqliyyat02:12
Bazar günləri parklanma ilə bağlı qanunsuz ödənişlər alınır? - VİDEO
-
Dünya01:41
Dəhşətli AİLƏ FACİƏSİ: arvadını və yeddi qohumunu baltaladı, özü isə...
-
Sosial01:11
Çingiz Qənizadəyə ağır itki üz verdi