Qırmızı.az
Azərbaycan və Gürcüstan müdafiə nazirləri Naxçıvandadır
Avqustun 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri cənab İrakli Alasaniya Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirləri arasında üçtərəfli formatda planlaşdırılan danışıqlarda iştirak etmək üçün Naxçıvan şəhərinə gəliblər. Bu barədə Publika.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Günün ikinci yarısında Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmazın da Naxçıvan şəhərinə gəlişi gözlənilir.
Avqustun 19-dək davam edəcək səfər zamanı müdafiə nazirlərinin
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri cənab Vasif
Talıbovla görüşü, nazirlər arasında üçtərəfli formatda danışıqlar,
Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələri, Naxçıvanın tarixi və
mədəni abidələrinin ziyarət olunması nəzərdə tutulub.
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda