Qırmızı.az
Sürücülərə xəbərdarlıq: Bu gecədən Bakıda magistral yol bağlanacaq
Avqustun 24-dən 25-ə keçən gecədən etibarən Bakıda kənar dairəvi yolla Bakı-Sumqayıt yolunun kəsişməsindən, yəni Beynəlxalq Avtovağzalın inzibati binasının yanından Lökbatan və yaxud Ələt-Astara istiqamətində olan hissəsi avtomobillərin hərəkəti üçün tam məhdudlaşdırılacaq.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib.
V.Əsədov qeyd edib ki, son zamanlar iri tonajlı, ağır çəkili yük avtomobillərinin normadan bir neçə dəfə artıq daşıdığı yükün hesabına həmin yol üzrə nahamarlıq əmələ gəlib, yolun asfalt hissəsi yararsız vəziyyətə düşdüyü üçün qeyd edilən ərazidə məcburi olaraq yeni asfalt örtüyünün çəkilməsi zərurəti yaranıb.
V.Əsədovun sözlərinə görə, bu baxımdan Bakı Şəhər Dövlət Yol Polisi avtomobil sahiblərinin və sürücülərinin nəzərinə çatdırır ki, təxminən 1 həftə müddətində qeyd edilən kəsişmədən, yəni Beynəlxalq Avtovağzalın inzibati binasının yanından 3-cü kənar dairəvi yolla Lökbatan və yaxud Ələt-Astara istiqamətində hərəkət edənlər alternativ yol kimi Bakı-Sumqayıt yolunun Xocasən yolu ilə kəsişən hisəsindən hərəkət etsinlər.
V.Əsədov sürücülərə tövsiyə edib ki, bütün bunları nəzərə alıb, həmin ərazidə tıxacların, yol qəza hadisələrinin yaranmaması üçün əvvəlcədən getdikləri istiqaməti müəyyənləşdirinlər.
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ