Qırmızı.az
Azərbaycanlılar Türkiyədə qəzaya düşdü: 6 yaralı
Türkiyədə azərbaycanlılar ağır yol qəzasına
düşüblər.
Publika.az-ın məlumatına görə, bu gün səhər saatlarında 25 yaşlı
Mirnadir Mirteymurovun idarə etdiyi 99 BT 064 Azərbaycan dövlət
nömrə nişanlı avtomobil Ankaradan Samsuna gedərkən aşıb. Maşın bir
neçə dəfə fırlandıqdan sonra magistral yolun əks hissəsinə
düşüb.
Avtomobildə sürücüdən başqa 5 nəfər olub.
Xəsarət alan Mirnadir Mirteymurov, 49 yaşlı Flora Dəmirçiyeva, 25
yaşlı Sultan Quliyev, 54 yaşlı Gülnarə Quliyeva, 24 yaşlı Aysel
Eyvazova və bir azyaşlı xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlardan birinin Azərbaycanda polis vəzifəsində çalışdığı
bildirilir.
İlkin ehtimala görə, maşının aşmasına səbəb yüksək sürət olub.
Faktla bağlı araşdırmalara başlanılıb.
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO
-
Dünya08:10
Zelenski onu vəzifəsindən azad etdi
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...