Qırmızı.az
Oğuz İcra Hakimiyyəti: “Gəlin qaçıb, amma...”
"Bəli, Oğuz rayonunun Muxas kəndində gəlinin qaçması barədə məlumatlar qismən doğrudur. Ancaq mən bildiyim qədər, hadisə mətbuatda yazıldığı kimi deyil".
Bunu Oğuz rayon icra hakimiyyətinin şöbə müdiri Saleh Məhərrəmov Teleqraf.com-un əməkdaşı ilə telefon söhbətində deyib.
Qeyd edək ki, bu gün yayılan məlumata görə, Oğuzun Muxas kəndində dünən toy olub. Toy günü gəlin evdən qaçıb və sevdiyi oğlana qovuşub. Qızlarının qaçdığını görən ailə onun yerinə evin digər qızını gəlin köçürüb.
Oğuz rayon icra hakimiyyətinin şöbə müdiri S.Məhərrəmov isə bildirib ki, bu hadisə mətbuatda xeyli şişirdilib: "Dünən toy olmalı idi. Toyun keçirilib-keçirilmədiyini bilmirəm. Ancaq mənim eşitdiyimə görə, gəlin köçürüləcək qız toydan bir neçə gün öncə başqasına qoşulub qaçıb. Onun yerinə bacısının gəlim köçürülməsi xəbərini isə ilk dəfə sizdən eşidirəm".
-
Nəqliyyat23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin123:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI