Qırmızı.az
Nazirlikdən hava şəraiti ilə bağlı AÇIQLAMA
Milli Hidrometeorologiya Xidmətinin martın 14-ü saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az">Publika.az-a bildirilib ki, düşən yağıntının miqdarı Astarada 29 mm, Sarıbaşda (Qax) 17 mm, Beyləqanda 11 mm, Balakən, Oğuzda 9 mm, Altıağac, Lerik, Kişçay (Şəki), Zaqatala, Xaltanda 8 mm, Ağdam, Yardımlı, Şəkidə 7 mm, Tərtər, Qəbələdə 6 mm, Bərdə, Yevlaxda 5 mm, Biləsuvar, Mingəçevir, Zərdab, Qrız, Quba, Tovuzda 4 mm, Göyçay, İmişli, Gədəbəy, Qobustanda 3 mm, Ağdərə (Ordubad), Naftalan, Şəmkir, Şabran, Ağstafa, Qusar, Kürdəmir, Daşkəsəndə 2 mm, Naxçıvan, Şahbuz, Göygöl, Gəncə, Sabirabad, Cəfərxan, Salyan, Neftçala, Ağsu, Şahdağ, Qax, Göytəpə, Ceyrançöl, Xınalıq, İsmayıllı, Şamaxı, Xaçmazda 1 mm-dək, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 3 mm, Bakı, Maştağada 1 mm-dək olub.
Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 64 sm, Şahdağda 48 sm, Xaltanda 29 sm, Altıağacda 28 sm, Kişçayda (Şəki) 23 sm, Daşkəsəndə 21 sm, Ləzədə 17 sm, Qrızda 13 sm, Göygöldə 8 sm, Ağdərədə (Ordubad) 6 sm, Lerikdə 4 sm, Yardımlı, Xınalıq, Şəkidə 3 sm, Qobustanda 2 sm, Zaqatala, Qubada 1 sm təşkil edib.
Şərq küləyinin sürəti arabir Hacıqabulda 24 m/s, Naftalan, Sabirabad, Culfada 20 m/s, Gəncə, Naxçıvanda 18 m/s, Tərtərdə 16 m/s, Şirvanda 15 m/s-dək güclənib.
Havanın minimal temperaturu Bakıda iqlim normasından 2 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 7 dərəcəyədək şaxta, dağlıq rayonlarda 10-14 dərəcə şaxta, aran rayonlarında 1-4 dərəcə isti qeydə alınıb.
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama