Qırmızı.az
Sərnişin avtobusuna silahlı basqın
Türkiyənin Şanlıurfa vilayətində avtomobil ilə önü
kəsilərək dayandırılmış sərnişin avtobusuna tapançayla atəş
açılıb.
Publika.az-ın "haberturk" saytına istinadən məlumatına görə,
hücumda güllələnən 38 yaşlı mikroavtobus sürücüsü Emin Küçükər
ölüb, sərnişinlər böyük qorxu və həyəcan yaşayıblar.
Hadisə günortadan sonra Şanlıurfa - Qaziantep magistralının 37-nci
kilometriliyində baş verib. Şanlıurfa ilə Qaziantep arasında
sərnişin daşıyan Emin Küçükərin istifadə etdiyi mikroavtobusun önü,
Kocaali Məhəlləsi yaxınlığında, nömrəsi bilməyən avtomobil
tərəfindən kəsilib. Hadisə şahidlərinin dediyinə görə, avtomobildən
enən cinayətkarlardan biri tapançayla sürücünün olduğu tərəfə atəş
etməyə başlayır. Qatilin dalbadal istiqamətli atəşindən 4 uşaq
atası Emin Küçükər hadisə yerində həyatını itirir. İnsidenti
törədənlər təzədən qarşısını kəsdikləri avtomobilə minib hadisə
yerindən uzaqlaşıblar.
Təcavüzkarların qaçdıqdan sərnişinlərin polisi çağırması ilə hadisə
yerinə çoxlu jandarma qrupu cəlb edilib. Jandarma qrupları şok
keçirən sərnişinlərin verdiyi ifadələrə əsasən qaçan şübhəlilərin
tutulması üçün iş başladıb. Jandarma hadisə yerini incələdikdən
sonra, sürücünün meyiti məhkəmə tibbi ekspertizasına təhvil
verilib. Hücum izlərinin olduğu mikroavtobus isə ətraflı araşdırma
üçün Jandarma Komandanlığına aparılıb.
Həyatını itirən sürücünün yaxınlarının dediklərinə əsaslanaraq,
polis Küçükərin qan davasının qurbanı olduğunu iddia edir. Jandarma
qrupları hazırda verilən məlumatlara əsasən Emin Küçükərin
düşmənlərini araşdırır. Cinayətlə əlaqədar istintaq davam edir.
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi