Qırmızı.az
“Şəffaflıq Azərbaycan” təşkilatı maliyyə çətinliyi ilə üz-üzə – ÖZƏL
"Transprency International" təşkilatının Azərbaycan milli bölməsi olan "Şəffaflıq Azərbaycan" təşkilatı fəaliyyətini dayandıra bilər.
Bu barədə Publika.az-a təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva məlumat verib.
Onun sözlərinə görə, artıq təşkilat 2 aydır ki, maliyyə problemi ilə üzləşib:
“2 aydan çoxdur ki, 2012-ci ildə USAİD tərəfindən ayrılan 1 milyonluq qrant vəsaitini götürə bilmirik. Həmin vəsait bizə 4 illik müddət üçün ayrılıb. İndi də bank həmin vəsaiti geri qaytarıb. Buna görə də faktiki olaraq təşkilatımız fəaliyyətində problemlər yaranıb, maliyyə çətinliyi yaranıb. İki aydır maaş almırıq. Maliyyə öhdəlikləri həyata keçirilmir. Biz banka müraciət etmişik, ancaq bir dəfə bank texniki səbəblərdən vəsaiti götürmək imkanı olmayıb. İndi isə yenə də problem yaranıb, bank ayrılan vəsaiti USAİD-ə qaytarıb”.
R.Səfərəliyeva deyib ki, 2012-ci ildə ayrılmış 1 milyonluq qrant vəsaiti "Şəffaflıq Azərbaycan" layihəsinin həyata keçirilməsi üçün nəzərdə tutulub.
R.Səfərəliyeva deyib ki, bu məsələdə hökumətin heç bir günahı yoxdur: “Çünki bizim təşkilatın hesabı dondurulmayıb, rəsmi sənədlərimiz qaydasındadır. Bizim çətinliyimiz bankdan asılı olan məsələdir”.
Vasif Həsənli
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI