Qırmızı.az
İsmayıllı meşələrində yanğın söndürüldü
Bir neçə gün əvvəl İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Talıstan meşəbəyliyinin 2 saylı dolayının yüksək dağlıq sahəsində baş vermiş yanğın 29 avqust 2014-cü il tarixində saat 19 radələrində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarının ciddi səyləri nəticəsində söndürülüb. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, yüksək dağlıq ərazidə bir-birindən uzaq məsafələrdə yerləşdiyindən və küləklə müşayiət olunduğundan yanğının söndürülməsi xeyli çətinlik yaratmışdı. Eyni zamanda, yanğının baş verdiyi ərazi yüksək dağ massivində, yəni dəniz səviyyəsindən yüksəklikdə yerləşdiyindən yanğınsöndürən maşınların əraziyə cəlb edilməsində problemlər yaranmışdı. Belə ki, yanğının qarşısının alınmasında əsasən əl əməyindən və helikopterlərin köməyindən istifadə edilib. Közərən sahələrin söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, o cümlədən bel, kürək və sair avadanlıqlardan istifadə olunmaqla tədbirlər görülüb. Həmçinin yaxın dağ çaylarından əl əməyi ilə su daşınıb. Əraziyə cəlb olunmuş FHN-in aviasiya və canlı qüvvəsinin, ETSN-in müvafiq yerli qurumlarının əməkdaşlarının səyləri nəticəsində hazırda yanğının tam olaraq qarşısı alınıb.
Ümumilikdə bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə baş vermiş yanğın közərtilər də daxil olmaqla 20 hektara yaxın ərazini əhatə edib. Yanğın nəticəsində 4 hektara yaxın quru ot və kol örtüyünə ziyan dəyib.
Hazırda dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb