Zahid Oruc qohumunun donvurması xəbərini təkzib etdi
Bizi izləyin

Qırmızı.az

Zahid Oruc qohumunun donvurması xəbərini təkzib etdi

Milli Məclisin deputatı Zahid Oruc qohumunu don vurması ilə bağlı saytlarda yayılan məlumatları təkzib edib.

O, Musavat.com-a bildirib ki, bu xəbərlər yalandır və heç bir qohumunu don vurmayıb: "Mənim Heydər Əliyev beynəlxalq hava limanında işləyən qohumum yoxdur". Zahid Oruc heç bir jurnalistə bu barədə açıqlama vermədiyini də deyib.

Xatırladaq ki, saytlar iki gün öncə Zahid Orucun Heydər Əliyev beynəlxalq hava limanında işləyən qohumunun faciəli şəkildə dünyasını dəyişməsi ilə bağlı xəbər yayıblar. Məlumata görə, deputatın 42 yaşlı yaxını gecə işdən çıxaraq evə gələrkən buz üstə sürüşərək huşunu itirib. Köməksiz vəziyyətdə səhərə qədər buzun üstündə qalan həmin şəxs donaraq ölüb. Zahid Oruc ötən bazar günü yaxınının yas məclisində iştirak edib.

Məlumatlarda o da deyilir ki, Zahid Oruc xəbəri təsdiqləyərək hadisənin bir faciə olduğunu söyləməklə kifayətlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm