Məktəb direktorları valideynlərlə sövdələşir - AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Məktəb direktorları valideynlərlə sövdələşir - AÇIQLAMA

"Orta məktəblərdə hazırda təhlükəsizlik xidmətlərini genişləndirirlər. Ancaq məsələ burasındadır ki, məktəbin özündə ciddi daxili problemlər var. Həmin problemlərdən ən əsası da kütləvi şəkildə dərsdən yayınma hallarıdır. Fikrimcə, dərsdən yayınma halları çox olan halda təhlükəsizlik tədbirləri neqativ halların qarşısını ala bilmir".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, təhsil üzrə ekspert Etibar Əliyev deyib.

Deputat bildirib ki, əsasən 10-11-ci sinif şagirdləri repititor kurslarına getdikləri üçün kütləvi şəkildə dərslərdən yayınırlar:

"Buna da məktəb direktorları bilərəkdən göz yumurlar. Burada külli miqdarda maddi vəsaitdən söhbət gedir. Belə ki, direktorlar şagirdlərin valideynləri ilə sövdələşirlər. Şagird isə məktəbdə olmadıqda ona məktəbin də, valideyinin də nəzarəti itir. Birinci bunun qarşısını almaq lazımdır. Digər tərəfdən xüsusən 10-11-ci sinif şagirdləri dərs zamanı məktəbdə yoxdursa, deməli onlar istənilən təsir altına düşə bilərlər. Orta məktəb şagirdləri arasında narkotikdən istifadə halları ilə bağlı faktlar həm də burdan qaynaqlanır. Bütün dövrlərdə məktəbdə tədris, təlim-tərbiyə, fiziki hazırlıq uşaqları neqativə yönəlməkdən qoruyub. Biz əgər uşaqların dərsdən yayınma hallarının qarşısını ala bilməyəcəyiksə, yuxarı siniflərdə neqativ halların qarşısını almaqda da aciz qalacağıq. Bunun üçün valideyinlər, xüsusilə məktəb rəhbərliyi məsuliyyət daşıyır".

E.Əliyev vurğulayıb ki, son dövrlər məktəblərə təyin olunan direktorların böyük əksəriyyəti yerində olmayan şəxslərdir:

"Onlar valideynləri inandırmağa çalışırlar ki, şagirdlər yalnız kənarda, yəni repititorlar yanında təhsil aldıqları halda ali məktəblərə qəbul ola bilərlər. Bütün bunlar narkomaniyaya yönəlmək kimi böyük problemin də yaranmasında əsas rol oynayır. Valideyn hesab edir ki, övladı filan vaxt məktəbdədir. Lakin məktəbdən yayınma halı olarsa, valideyn proqnozlaşdıra bilmir ki, uşağı haradadır. Yəni, məktəbə davamiyyətlə bağlı nizam-intizamın pozulması narkomaniyaya, uşaq cinayətlərinin çoxalmasına gətirib çıxarır. Bütün bu problemlərin yeganə həlli şagirdləri məktəbə qaytarmaqdır. Qətiyyən uşaqların məktəbdən yayınmağına imkan vermək olmaz. Gəncliyimizi qorumaq üçün bizim əsas qayəmiz onların məktəbə qayıtmasıdır, bunun başqa yolu yoxdur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm