Qırmızı.az
"Beşmərtəbə"də ikitəkər gedən "avtoş" "Shacman" aşdı (VİDEO)
Yük maşınlarının iştirakı ilə törədilən yol qəzaları nəinki bölgələrdə, elə paytaxt Bakıda da az deyil.
Publika.az Avtosfer.az saytına istinadən həmin qəzalardan birinin
görüntüsünü təqdim edir. Daxili İşlər Nazirliyinin "Təhlükəsiz
şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları
vasitəsilə qeydə alınan bu qəza paytaxtın "beşmərtəbə" adlanan
ərazisində baş verib.
Yüksək sürətlə hərəkət edən "Shagman" markalı yük maşını sağa
dönərək "Azdrama" tərəfə qalxmaq istəyir. Lakin onun hərəkət sürəti
olduqca yüksəkdir və belə sürətlə o cür döngəyə girmək mümkün
deyil. Elə bu cür də olur. Yük maşını dönməyə çalışdığı anda iki
təkər üstə qalxır və gəldiyi sürətlə də aşır. Amma aşana qədər bir
neçə metr məsafə qət edən "Shagman" yol kənarında dayanmış
"Mercedes" markalı minik maşınının üstünə yuvarlanır və səkiyə
yıxılır. Əlbəttə, biz bu görüntüləri sadəcə bir qəza görüntüsü
olaraq təqdim etmirik. Məqsədimiz odur ki, bu cür görüntülərdən
nəticə çıxaranlar olsun. Məsələn, yəqin ki, bu videonu izləyəndən
sonra heç bir "Shagman" sürücüsü həmin ərazidə sürət həddini
aşmayacaq. Biz buna, sadəcə, inanmaq istərdik. Lakin bu
videogörüntüdən belə aydın olur ki, "Shagman" sürücüsü özünü
"beşmərtəbə"də avtoxuliqanlıq edən "07" sürücülərinə bənzətmək
istəyib və onların hərəkətlərini təkrar etməyə çalışıb. Axırı isə
belə oldu.
Avtosfer.az həmin qorxunc qəzanın videosunu təqdim edir:
-
Sosial19:24
İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
-
İdman19:00
Ronaldo və Messi komanda yoldaşı ola bilərlər - Prezident ŞANS AXTARIR
-
Magazin218:36
Rihanna imicini kökündən dəyişdi - FOTO
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...