Qırmızı.az
Siyavuş Novruzov: “Məsləhət olsa, Müsavatın dəvəti qəbul olunacaq”
“Əgər Müsavat partiyasından qurultayda iştirakla bağlı bizə dəvət göndərilərsə, bu müzakirə olunandan sonra qərar veriləcək”.
Bunu Publika.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib.
Daha sonra S.Novruzov deyib:
“Hələ bizə heç bir dəvət göndərilməyib. Əgər dəvət göndərilsə, bu barədə məsələ müzakirə olunacaq və müvafiq qərar veriləcək. Məsləhət olunsa, dəvət də qəbul olunacaq, olunmasa, dəvət qəbul olunmayacaq”.
Xatırladaq ki, Müsavat partiyasının 8-ci qurultayı sentyabrın 27-də keçiriləcək.
Bununla bağlı iyunun 28-də partiyanın Məclisi qərar qəbul edib.
Onu da bildirək ki, Müsavat partiyasının sonuncu qurultayı 2006-cı ildə olub.
Müsavatın 8-ci qurultayının gündəliyində əsas məsələ başqan seçkisidir.
İsa Qəmbər 1992-ci ildən Müsavat Partiyasının başqanıdır.
Vasif Həsənli
-
Region21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO