Qırmızı.az
“Azərbaycan vəkili” jurnalının 4-cü sayı nəşr olundu
“Azərbaycan vəkili” jurnalının dördüncü sayı işıq üzü görüb.
"Azərbaycan Hüquq İslahatları" İctimai Birliyindən Publika.az-a verilən məlumata görə, yurnalda tanınmış hüquqşünaslar və vəkillərin Azərbaycan cinayət prosesində preyudisiya, beynəlxalq hüquq normalarının implementasiyası, inzibati hüquq, Alman və Azərbaycan vərəsəlik hüququnun praktiki müqayisəsi və s. məsələlərlə bağlı məqalələr və müsahibələr toplanıb.
Jurnalda, həmçinin Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin qəbul etdiyi maraqlı qərarlar, ötən rüb ərzində Azərbaycan qanunvericiliyində baş vermiş mühüm yeniliklər, hüququn müxtəlif sahələri ilə bağlı yerli və beynəlxalq mətbuatda dərc olunmuş maraqlı xəbərlər, tanınmış hüquqşünasların həyat və faəliyyəti haqqında məlumatlar yer alıb.
“Vəkilin asudə vaxtı” adlı rublikada isə tanınmış vəkillərin işdən kənar məşğuliyyətləri və hobbiləri haqqında məlumatlar öz əksini tapıb, daha sonra isə dünyada vəkillər haqqında olan məzəli, eyni zamanda, reallığı əks etdirən maraqlı faktlar sadalanıb.
“Sualınıza vəkil cavab versin” rubrikasında isə peşəkar hüquqşünasların müxtəlif hüquqi məsələlərlə bağlı vətəndaşların suallarına cavabları yerləşdirilib.
Qeyd edək ki, Azərbaycan hüquq tarixində ilk dəfə olaraq vəkillik fəaliyyətinə həsr olunmuş nəşr Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçməklə rüblük buraxılmaq üçün nəzərdə tutulub.
Jurnal "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin təşkilati dəstəyi ilə çıxmaqla Azərbaycanda insan hüquqlarının müdafiəsinə dəstək verəcək, vəkil peşəsinin hüquqşünaslar arasında təbliği ilə onun nüfuzunun artırılması, həmçinin gələcəkdə vəkillik sahəsində mövcud olan aktual problemlərin tədqiqi ilə vəkillik hüququ elminin inkişafına töhfə verəcək.
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: polis həmkarlarını öldürdü - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO
-
Region27 Aprel 21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial27 Aprel 21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ27 Aprel 20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin127 Aprel 19:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər