Qırmızı.az
Ağdamda 8 min illik tikili aşkar edildi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və
Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit ekspedisiyası
Qarabağ düzənliyində - Ağdamın Xındırıstan kəndi ərazisində
yerləşən İsmayılbəytəpə neolit dövrü yaşayış yerində arxeoloji
tədqiqatlar aparır.
AMEA-dan AzərTAc-a bildiriblər ki, qazıntılar zamanı xeyli sayda
arxeoloji mədəniyyət nümunələri - yaşı səkkiz min ilə yaxın olan
tikili divarları, sapand daşları və təsərrüfat küpləri
aşkarlanıb.
Arxeoloji qazıntılar zamanı 400 kvadratmetr sahədə eramızdan
əvvəl VI minilliyin I yarısına aid olan memarlıq nümunələri üzə
çıxıb.
Qarabağ neolit-eneolit ekspedisiyasının rəhbəri, tarix üzrə
fəlsəfə doktoru Xaqani Alməmmədovun sözlərinə görə, aşkar edilən
artefaktlar nəinki Azərbaycan, bütün Qafqaz neoliti üçün mühüm
yenilik hesab olunur. Tapıntılar arasında həcmi ənənəvi ölçülərdən
daha böyük olan iki təsərrüfat küpü və 52 ədəd böyük sapand daşı
vardır.
Qazıntı işləri ilə yanaşı, mütəxəssislər Ağdam, Ağcabədi və Bərdə rayonları ərazisində 30-dan çox arxeoloji abidəni elektron qeydiyyata alaraq xəritələşdiriblər.
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”