İstirahət mərkəzini fahişəxanaya çevirən sahibkar saxlanıldı
Bizi izləyin

Qırmızı.az

İstirahət mərkəzini fahişəxanaya çevirən sahibkar saxlanıldı

İsmayıllıda istirahət mərkəzində fahişəxana aşkarlanıb.

Publika.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Bizlan kəndində “Nazimoğlu” istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil olunması barədə şikayət daxil olub.

Daxil olan şikayət əsasında İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən əməliyyat keçirilib.

Keçirilən əməliyyat tədbirləri ilə “Nazimoğlu” istirahət mərkəzində həqiqətən də fahişəxana təşkil olunması müəyyən olunub. Oranı işlədən Ağsu şəhər sakini Nazim Dursunalıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm