Qırmızı.az
“Oazis”də döyülən Zaur Əsgərov: “Mən də başladım, nə başladım...” - VİDEO
Sentyabrın 2-də Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən məşhur “Oazis” restoranında dava salan və mübahisə zamanı özü də ağır yaralanan Zaur Əsgərov danışdı.
Onun Publika.az-a verdiyi məlumata görə, həmin gün restoranda oğlu Mahirin 3 yaşını qeyd edirdi. 15 nəfərlik masa sifariş edib, qonaqları ilə əylənirdi. Həyat yoldaşı ilə rəqs edən zaman restoranın mühafizəçisi onu kənara çağırıb. Bu zaman onlar arasında əlbəyaxa dava düşüb.
Davada ağır yaralanan Zaur Əsgərov məsələ ilə bağlı mətbuatda yayılan xəbərlərdən məlumatlı olduğunu, deyilənlərlə razılaşmadığını bildirdi. Onun sözlərinə görə, restoranın rəhbəri “Hacı” ləqəbli bir nəfər mətbuata yalan ifadə verərək bidirib ki, biz kiməsə sataşmışıq. Deyilənləri təkzib edən Zaur Əsgərov əslində günahın “Oazis”in mühafizəçisində olduğunu dedi: “Mühafizəçi mənə yaxınlaşıb dedi ki, yoldaşının koftasının yaxasını bağla. Axı kimdir ki, o sözü mənə desin? Mən də başladım, nə başladım...”
O, dava zamanı restoranın rəhbərinin məsələyə qarışdığını, ona xəsarət yetirdiyini iddia etdi.
Ən çox ayaqlarından xəsarətlər alan yaralı vəziyyətinin kafi olduğunu bildirdi. Dostu Emil Tumasovun hazırda Mərkəzi Kliniki Xəstəxanada əməliyyat olunduğunu, üzünə 50 tikiş vurulduğunu dedi.
Məsələ ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsindən Publika.az-a bildirilib ki, yaralılar xəstəxanadan buraxılandan sonra istintaqa cəlb olunacaq.
Qeyd edə ki, hadisə ilə əlaqədar 2 nəfər artıq saxlanılıb.
Restoranın mühafizəçisi də daxil olmaqla 3 nəfər xəstəxanada müalicə olunur.
Faktla bağlı cinayət işi başlanıb.
Simnarə
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin17 May 21:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Nida Xəbər 7 May 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial7 May 19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU